“ABAD” Şəkidə “Sənətkarlıq diyarı” tədbirini reallaşdırıb

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir təşkil olunub.
 
Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə reallaşdırılıb.
 
Əsas məqsəd qədim sənətkarlıq ənənələrinin yaşadılması, müasir dövrdə inkişafı, yaradıcı insanların bir araya gətirilməsi və mədəni dəyərlərin təbliği olub.
 
UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinin üzvü olan Şəki şəhərində keçirilən tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələrinin canlı nümayişləri ictimaiyyətə təqdim olunub. Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.
 
Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR