Elman Paşayev Moskvada saxlanıldı- Video - Yenilənib

Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

Bildirilir ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb. 

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. 

Bildirilib ki, sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən bu məsələ ilə bağlı külli miqdarda pul alıb. 

Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilir. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib. İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbirdir. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.

Xatırladaq ki, Elman Paşayev cari ilin aprelində Ukrayna müharibəsində yaralanmışdı. O, A.Blinovski ilə eyni bölmənin tərkibində xidmət edib. 

***

TASS-ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Elman Paşayev Aleksey Blinovskidən 46 milyon rubldan çox vəsait alıb. 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR