Tələbə adını qazanan şəhid övladları ilə görüş

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azerlotereya” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə sədaqət” layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı öncə “Zəfər” İB və “Azerlotereya”nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər. 

Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü Saleh Tüfekçi yeni tələbə adını qazanmış şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni-yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.

Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Əmanətə sədaqət” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 110 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 40 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR