Mənəvi cəhətdən ən güclü bürclər - İLK DÖRDLÜK

Gazette.az "bizim.media"ya istinadən mənəvi cəhətdən ən güclü bürcləri təqdim edir.

Hava ünsürü

Dolça

Hava ünsürünün ən güclü bürcü Dolçadır. Xəyalpərəstliyə meylli olmasına və yüksək ideallara can atmasına baxmayaraq, bu zodiak işarəsi həyatda istənilən çətinliklərə tab gətirməyə qadirdir.

Od ünsürü

Oxatan

Od ünsürünün ən güclü nümayəndəsi Oxatandır. Bu zodiak işarələrinin nümayəndələri heç vaxt ruhdan düşmür və istənilən şəraitdə xoş əhval-ruhiyyəni qorumağa çalışırlar. Onlar emosiyalarını nəzarətdə saxlamağı bacarır, təxribatlara uymur və həmişə öz fikirləri ilə hərəkət edirlər. Onların gücü nikbinlik və geniş düşüncəli olmalarındadır.

Torpaq ünsürü

Oğlaq

Oğlaqlar torpaq ünsürünün ən güclü nümayəndəsidir. O, israrlı, qətiyyətli və özünəinamlıdır. Bu bürcün xətrinə dəymək çətindir. Hətta hər şey pis olsa belə, o, kiçik və ləng addımlarla hədəfə doğru gedəcək. Onları fikrindən daşındırmaq mümkün deyil.

Su ünsürü

Balıq

Su ünsürünün ən güclü nümayəndəsi Balıq bürcüdür. Bundan əlavə, onlar nəinki su ünsürü, həm də digər bürclər arasında mənəvi cəhətdən ən güclü zoidak işarəsidir. Bu, bir qədər qəribə görünə bilər. Axı, Balıqlar adətən real aləmdən çox uzaqlarda, xəyallar dünyasında yaşamağa üstünlük verir. Əslində, onların gücü elə bundadır.

Fədakar Balıqlar bütün çətinliklərə uzun müddət dözə və ümidini itirmədən hər şeyin düzələcəyini gözləyə bilərlər. Bu cür düşünmək Balıqlara öz xoşbəxtliyi uğrunda sona qədər mübarizə aparmaqda kömək edir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR