Orucumu qəsdən pozdum. Nə etməliyəm?

Sual: Mən Ramazan ayında orucumu qəsdən pozdum. Bunun üçün nə etməliyəm? Kəffarəsi var? Varsa, pul verib yerinə yetirə bilərəm? Bu məsələdə əsas meyar nədir?

Cavab: Ramazan ayında həddi-büluğ dövrünə çatmış və əqli cəhətdən normal olan hər bir müsəlman oruc tutmalıdır. Üzrsüz yerə oruc tutmamaq haramdır, böyük günah hesab olunur. Allah Quranda orucla əlaqədar olaraq belə buyurur:

"Orucu sayı məlum olan günlərdə tutun. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Sizdən kim bu aya yetişsə, onu orucla keçirsin. Kim də xəstə və ya yol üstündə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz". (Bəqərə, 2/184-185)

Ayələrdə qeyd olunur ki, təkcə xəstə və səfər üstündə olanlar oruc tutmadıqları təqdirdə onu qəza edə bilərlər. Ramazan ayında üzrsüz yerə oruc tutmayan şəxs bütün ömrünü oruc tutmaqla keçirsə belə, o çatışmazlığı aradan qaldıra bilməz. Rəvayətə əsasən Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

"Kim Ramazan günündə bir üzrlü halı və xəstəliyi olmadan yeyib içsə, bütün vaxtını oruclu keçirsə belə, həmin günün əskiyini tamamlaya bilməz." ((Buxari, Savm, 29; Tirmizi, Savm, 27; İbn Macə, Siyam, 14; Darimi, Savm, 18; Əhməd ibn Hənbəl, 2/458, 470.))

Belə bir şəxs tövbə etməli və bir də eyni günah işi görməməlidir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR