Möminə iftar vermək – bir illik günahların kəffarəsidir

Mübarək Ramazan ayının biz müsəlmanlar üçün sünnət qoyduğu əməllərdən biri də iftar süfrələri verməkdir. Bu, elə əməldir ki, həm xəlqin və həm də Xaliqin razılığını qazanır.

İmam Sadiq (ə) buyurur: "Hər kim 1 möminə iftar verər - bir illik günahlarının kəffarəsi hesab olunar. Hər kim 2 möminə iftar verərsə - Allahın öhdəsindədir ki, onu behiştə daxil etsin".

Bu iftar süfrələri həm yoxsul qohumların, yoxsul mömin qardaş və bacıların sevinməsinə səbəb olar, həm də qohumluq, qardaşlıq bağlarını möhkəmləndirər.

Ancaq hər bir əməldə olduğu kimi, iftar süfrəsi açmaqda da niyyət xalis olmalıdır. Özünü başqalarına nümayiş etdirmək qəsdi daşımamalıdır.

Çalışmaq lazımdır ki, imkanı olmayan insanlara daha çox diqqət edilsin və onlar bu iftar süfrələrinin qonağı olsunlar.

Əlbəttə, iftar süfrəsi verən insanın halal ruzi ilə bu süfrəni açması da şərtdir. Əks halda bu əməl qəbul olunmaz və ondan istifadə edənlər isə haram tikə ilə qidalanmış olarlar.

Əmirəl-möminin (ə) Osman ibni Hənifə yazdığı məktubda buyurur: "Ey Hənifin oğlu! Mənə xəbər çatmışdır ki, Bəsrə cavanları səni dəvət etmişdilər və sən də qəbul etmisən. Sənin üçün rəngarəng yeməklər gətirmiş və sənin üçün qədəhlər düzmüşdülər. Sən də həriscəsinə onlardan yeyib, sümüklərini dişindən pak etmisən.

Güman etməzdim ki, sən bu cür insanların dəvətini qəbul edəsən və yoxsulların məhrum olduğu, zənginlərin iştirak etdiyi o məclisdə əyləşəsən. Bax gör bu dünyanın axırında nə axtarırsan? O şeyin ki, halal olmasından əmin deyilsən - uzağa at və o şeyin ki, halal olduğundan əminsən - istifadə et".

Ona görə də bu fəzilətli əməli ancaq halal və pak ruzi ilə yerinə yetirmək olar. Yaxşı olar ki, il boyu maddi əziyyət çəkən insanları busüfrəyə dəvət edək və tək hədəfimiz isə Allahı razı salmaq olsun.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR