BAKU Azərbaycan
16.03 °C

Şəxsiyyət vəsiqəsi üçün rüsumlar dəyişir

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılacaq.