BAKU Azərbaycan
11.03 °C

Kibercinayətlə məşğul olan yeniyetmə saxlanılıb

Vətəndaşların bank kartlarındakı məlumatları ələ keçirərək onların hesablarından oğurluq edən virtual məkanda özünü “Arsenics” kimi təqdim edən kibercinayətkar saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb. 

Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb. Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib.