BAKU Azərbaycan
19.03 °C

Oktyabrın 1-dən taksi sürücülərindən “COVID-19” pasportu tələb olunacaq

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən “COVID-19”-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb edilən iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib ki, DANX tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

Oktyabrın 1-dən etibarən immunitet sertifikatı və ya “COVID-19” pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək.