Sentyabrın 20-dən Bakı metrosunda bir sıra dəyişikliklər ediləcək

Yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən GAZETTE-yə bildirilib ki, Bakı metropoliteni gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə – 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.

Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR