BAKU Azərbaycan
25.03 °C

Türkiyəyə göndərilən daha 7 qazimiz sağalaraq Vətənə qayıdıb – FOTOLAR

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan GAZETTE-yə verilən məlumata görə, sağalaraq geri dönən qazilərimiz Mehtiyev Namiq Mureddin oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Əliyev Cahangir Gülbala oğlu, Hüseynov Tural Araz oğlu, Babayev Elnur Əlihüseyn oğlu, Cavadzadə Fuad Sənani oğlu, Atakişiyev Rəşad Nazim oğludur.

Onların Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb və qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

May

May

May

May

May

May