Avtomobildə külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib – FOTO/VİDEO

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında ölkə ərazisinə Gürcüstan istiqamətindən “çipsi” yükü gətirən “Mercedes-Benz” markalı avtomobil “Qırmızı Körpü” gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.

Beləliklə, gün ərzində sürücünün avtomobilin alt hissəsində, şübhəli cizgilərin qeydə alındığı yerdə hərəkəti müşahidə olunub. Dərhal müdaxilə nəticəsində saxlanılan sürücünün əlində bağlamalar olduğu müəyyən edilib. Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.

Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası – 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.

Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR