BAKU Azərbaycan
16.03 °C

UEFA AVRO-2024-ün loqotipini təqdim edib

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının loqotipini təqdim edib.

AVRO-2024-ün loqotipi Avropanın bütün ölkələrinin 55 bayrağı üçün ümumi olan altı rəng və Berlinin final matçının keçiriləcəyi “Olimpiastadion”u özündə birləşdirir.

Qeyd edək ki, 24 milli yığmanın iştirak edəcəyi Avropa çempionatının oyunları Almaniyanın 12 şəhərində – Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypziq, Münhen və Ştutqart – keçiriləcək.