Astarada bir sinfin 17 məzununun hamısı ali məktəblərə qəbul olunub – FOTO

Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir.

GAZETTE-nin məlumatına görə, “Azərtac”ın bölgə müxbiri xəbər verir ki, 2019-cu və 2021-ci tədris illərində məktəbdə fəaliyyət göstərən humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinfin 17 məzununun hamısı buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

Təmayüllü sinfin məzunlarından ikisinin biliyi fərqlənmə attestatı ilə qiymətləndirilib.

Bu il ali məktəblərə qəbul imtahanları zamanı onlardan iki nəfəri 600-dən, iki nəfəri 500-dən, dörd nəfəri 400-dən, beş nəfəri isə 300-dən yuxarı nəticə ilə ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Təmayüllü sinfin rəhbəri, Azərbaycan Müəllimlər Universitetini fərqlənmə diplomu ilə bitirmiş tarix müəllimi Gülnar Məlikzadə bildirib ki, məzunların uğur qazanması məktəb rəhbərliyi, müəllim və valideyn əməkdaşlığının düzgün qurulmasının, hər zaman abituriyentlərə sağlam psixoloji dəstək verilməsinin məntiqi nəticəsidir.

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR