Yasamaldakı gölün yerində bina tikiləcək? – AÇIQLAMA+ VIDEO

0
219

Bakının Yasamal rayonunda yaşayış binaları tərəfdə yerləşən gölü qurutmağa çalışırlar.

Gazette.az xəbər verir ki, bu barədə Oxu.Az-a videogörüntülər göndərilib. Vətəndaş iddia edir ki, görüntülər Yasamal rayonu ərazisində “Tri Koronı” kimi tanınan binaların yaxınlığındakı küçədə çəkilib:

“Gördüyünüz bu gölü dəfələrlə qurutmağa çalışıblar. Böyük ehtimalla ərazidə inşaat işlərinə hazırlaşırlar. Bir neçə dəfə buna cəhd edilib, lakin nəticəsiz qalıb. Bu dəfə də gördüyünüz yük maşınları ilə gölə torpaq tökürlər. Amma bu ərazi hər hansı bina tikintisi üçün yaralı deyil. Gələcəkdə təhlükəli ola bilər”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə çəkildiyi iddia edilən görüntülər köhnədir.