Xırdalanda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

0
13

Magistral kəmərdə aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 15-i gecə saatlarından etibarən 16 sentyabr gündüz saatlarınadək Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Gazette.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.