Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıb

0
49

Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.

Gazette.az xəbər verir ki, “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.