Useyn Bolt koronavirusa yoluxub

0
171

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.

Gazette.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata görə, test nəticəsi pozitiv çıxan idmançı ev şəraitində karantinə alınıb.

U.Boltun koronavirusa avqustun 21-də ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur.