Ukrayna Belarusla dialoqa fasilə verib.
Gazette.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Ukrayna XİN başçısı Dmitri Kuleba “1+1” telekanalının efirində deyib.
“Bizdə indi bütün proseslər, Belarus tərəfi ilə bütün əlaqələr pauzaya qoyulub. Mən bu barədə sizə rəsmi məlumat verə bilərəm”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bu əlaqələrin Ukrayna üçün reputasiya, mənəvi və etik itkilərlə nəticələnməyəcəyinə əmin olduqdan sonra münasibətlər bərpa ediləcək.