“Traktor” ikinci dəfə İran kubokunu qazandı

0
248

Futbol üzrə İran kubokunun final oyunu keçirilib.

Gazette.az xəbər verir ki, həlledici oyunda Cənubi Azərbaycan təmsilçisi “Traktor”la Tehran təmsilçisi “İstiqlal” üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda Təbriz klubu 3:2 hesablı qələbəyə sevinib. 

Qeyd edək ki, “Traktor” tarixində ikinci dəfədir İran kubokunu qazanır. Təbrizlilər ilk dəfə 2014-cü ildə belə uğura imza atmışdılar.