TƏBİB reanimasiyada olan xəstə sayını açıqladı

0
372

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son sutkaya olan statistik göstəriciləri açıqlayıb.

Gazette.az xəbər verir ki, hazırda ölkədə 7365 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 335 nəfər reanimasiyada, 69 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 9037 test edilib. Edilən ümumi test sayı 667 819-a çatıb.