Şahmat üzrə klublararası Avropa kuboku yarışında Azərbaycanın “Odlar yurdu” komandası mübarizə aparır

0
49

Azərbaycan komandası “Odlar yurdu”nun da iştirak etdiyi klublararası Avropa kuboku start götürüb.

Gazette.az xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız turnirin D qrupunda mübarizə aparır. Komandamızın birinci turda rəqibi “Monte Karlo-3” yığmasıdır. Bu gün şahmatçılarımız 4, sabah isə daha 5 turda güclərini sınayacaqlar.

Yekun nəticəyə görə, iki ən yaxşı komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Dekabrın 21-də final mərhələsi start götürəcək. Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.