“Qalatasaray”la oyunda da meydana qələbə üçün çıxacağıq”

0
21

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Gazette.az xəbər verir ki, o, rəqibin daha istəkli olduğunu bildirib:

“Tələb etdiyimiz istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb analiz edəcəyik. Qarşıda Avropa Liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdır. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb oldu. Heç bir vahimə yoxdur. “Qalatasaray”la oyunda da meydana qələbə üçün çıxacağıq”.