Mbappe məşqlərə başladı

0
186

Fransa kubokunun finalında “Sent-Etyen”lə oyunda (1:0) zədələnən PSJ-nin futbolçusu Kilian Mbappe sağalıb.

Gazette.az xəbər verir ki, hücumçu, dünəndən məşqlərə başlayıb.

Fransalı futbolçunun öncə fərdi məşqlər etdiyi, daha sonra komandaya qoşulduğu bildirilib.

Mbappenin Çempionlar Liqasında “Atalanta” ilə oyunadək tam sağala biləcəyi qeyd olunur. Turnirin 1/4 final mərhələsinin “Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.