Lüksemburqun baş məşqçisi Lyuk Holts jurnalistlərin suallarını cavablandırıb

0
47

Azərbaycan millisi sabah Millətlər Liqasının I turunda Lüksemburqu qəbul edəcək.

Gazette.az xəbər verir ki,  qarşılaşmadan öncə keçirilən mətbuat konfransında çıxış edən qonaq komandanın baş məşqçisi Lyuk Holts jurnalistlərin suallarını cavablandırıb.

– İki zədəli futbolçunuz var. Onların vəziyyəti necədir?
– Bu axşam biləcəyik ki, onlar sabah oynayacaqlar, ya yox. Hazırda vəziyyət qeyri-müəyyəndir.

– Komanda 3 gün öncə Almaniya klubu ilə yoxlama oyunundakı heyətlə oynayacaq?
– Hələ son qərarı verməmişəm. Yəqin ki, tam eyni heyət ola bilər. Zədəli futbolçularımız var. Eyni zamanda, Kristofer Martins komandaya qoşulub.

– Azərbaycan millisi haqqında nə bilirsiz?
– Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Buna görə də onların oyun fəlsəfəsi haqqında danışmaq çox çətindi, bu barədə heç nə bilmirik. Hər iki komanda eyni səviyyədədir. Onlardan da vəziyyət bizdəki kimidir. Uzun müddət əvvəl çempionat dayanıb və bizim kimi futboldan kənar qalıblar. Ona görə də hazırda hər hansı fikir bildirmək çətindir.

– Azərbaycanda düşünürlər ki, bu oyunda mütləq qələbə qazanmalıdılar. Si̇z hansı fikirdəsiz, Azərbaycan favoritdir?
– Əlbəttə, Azərbaycan favoritdir, biz bunu bilirik. Sabah oyuna ehtiyatlı başlamalıyıq və necə müdafiə olunmalı olduğumuzu düşünməliyik.

– Meydan amili Azərbaycanın tərəfindədir, yeni baş məşqçi təyin olunub. Bəs Lüksemburqun lehinə hansı məqamlar var?
– Xüsusi bir üstünlüyümüz yoxdur.

– Azərkeşlərin olmaması oyuna necə təsir edəcək?
– Bunun təsir edəcəyini düşünmürəm. Əsas məsələ futbolçuların meydanda aktiv olmasıdır. Passiv müdafiə olunmaq istəmirəm. Hər iki tərəf uzun müddətdi oynamır. Buna görə də meydanda oyunumuzu tapmaq asan olmayacaq.

– Ehtiyatlı mövqe nümayiş etdirirsiz. Bunlar sizin real fikirlərinizdir, yoxsa rəqibi arxayınlaşdırmaq üçün belə danışırsız?
– Əlbəttə, həqiqətən belə düşünürəm. Rəqib Uels və Slovakiyaya qarşı başabaş mübarizə aparıb. Ona görə də Azərbaycan millisini daha üstün sayıram.