“Keşlə” məğlub oldu

0
62

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

Gazette.az xəbər verir ki, turun üçüncü matçında “Keşlə” “Zirə”ni qəbul edib.

“ASK Arena”da baş tutan qarşılaşma “Zirə”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən “Zirə” 1-2-ci, 5 xalı olan “Keşlə” isə 5-6-cı yerləri bölüşdürür.