İki kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

0
173

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Gazette.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Suraxanı rayon sakinləri N.Manaflı və B.Nəcəfov Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Keçirilən şəxsi axtarış zamanı N.Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.