Gürcüstanda daha 15 nəfər koronavirusa yoluxub

0
114

Gürcüstanda son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Gazette.az xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 385-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 1 128 nəfər sağalıb. Ölkədə 240 aktiv koronavirus xəstəsi var.