Gəncədə yaralananlardan 10 nəfər məktəblidir

0
39

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralanan 35 nəfərdən 10 nəfəri məktəblidir.

Gazette.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda məktəblilərin adları da qeyd olunub:

Mehdiyev Ömər – Gəncə şəhəri, 32 saylı tam orta məktəb, 2-ci sinif

Səlim Mustafazadə – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,11-ci sinif

Murad Cavadov – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,3-cü sinif

Dinarə Muradova – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,2-ci sinif

Rauf Muradov – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,4-cü sinif

Hüseyn Əliyev – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,3-cü sinif

Sevin Rəhimova – Gəncə şəhəri, 32 saylı tam orta məktəb,6-cı sinif

Aysu Əliyeva – Gəncə şəhəri 20 nömrəli tam orta məktəb, 10-cu sinif

Şəfa Şirinova – Gəncə şəhəri, 25 nömrəli tam orta məktəb, 6-cı sinif

Şəmiddin Şirinov – Gəncə şəhəri, 25 nömrəli tam orta məktəb, 7-ci sinif