Hikmət Hacıyev: “Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb”

0
41

“Son dəqiqə: Humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir”.

Gazette.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb. 

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb: “Xəsarət və zərərlər müəyyənləşdirilir”.