Evdə qal, idmansız qalma” aksiyası keçirilir

0
307

Paytaxt məktəblilərinin iştirakı ilə onlayn “Evdə qal,idmansız qalma” aksiyası keçirilir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında təşkil olunur.

Gazette.az Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığı məlumata əsasən xəbər verir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında təşkil olunur.

Aksiyasının əsas məqsədi şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və idmana olan marağın artırılması, həmçinin ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir.

Aksiya çərçivəsində “Məktəblinin dostları” və idmanı sevən bütün şagirdlər evdə etdikləri müxtəlif idman hərəkətlərini videoçarx şəklində hazırlayıb estafeti digər məktəblilərə ötürürlər. 

Qeyd edək ki, videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə edərək fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar.