Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib 

0
34

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Gazette.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.