Çavuşoğlu: “Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstəklərini təqdir edirik”

0
28

“Qarabağda daimi sülhün bərqərar olacağına ümid edirik. Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin görüşlərini yaxından izlədik”.

Gazette.az xəbər verir ki, bunu İslamabadda keçirilən Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, üçtərəfli görüşdə regional məsələlər, xüsusilə Qarabağ, Kəşmir, Əfqanıstan, Kipr və Şərqi Aralıq dənizi mövzusunda fikir mübadiləsi aparılıb: “Əziz həmkarım Ceyhun Bayramovun da bu görüşdəki iştirakından çox məmnunam. Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstəklərini də təqdir edirik. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda rifah və sabitliyi təmin edəcəyinə əminik”.

Çavuşoğlu bildirib ki, üçtərəfli görüşdə dövlətlər arasında strateji tərəfdaşlıq, xüsusilə enerji və nəqliyyat sahəsində infrastrukturun genişləndirilməsi mövzusunda müzakirələr aparılıb.