Baş prokuror: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət edilir”

0
33

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət edilir.

Gazette.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, ötən il ərzində prokurorluq orqanları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də üzərlərinə düşən vəzifələri səylə yerinə yetirərək, karantin, sanitar-gigiyena rejim qaydalarının pozulmasına qarşı kəsərli profilaktiki, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət ediblər.