Baş direktor: “ICESCO-nun Azərbaycanda açılacaq regional mərkəzi gələcəkdə Şuşaya köçürülə bilər”

0
49

“ICESCO-nun Azərbaycanda açılacaq regional mərkəzinin gələcəkdə Şuşaya köçürülməsi təklifini vermişik”.

Gazette.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

Baş direktor bildirib ki, regional ofisin Bakıda açılması hazırkı vəziyyət üçün müvafiqdir, lakin Şuşa şəhəri bərpa olunduqdan və orada həyat normala döndükdən sonra ICESCO-nun regional ofisinin Şuşaya köçürülməsi təklifi reallaşa bilər.