BAKU Azərbaycan
27.03 °C

Deputat MM və ƏƏSMN rəhbərliyinin görüşməsini təklif edir

“Son vaxtlar Milli Məclisdə sosial məsələlərlə bağlı məsələ qaldırılır, ancaq onlara cavab verilmir”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat təklif edib ki, spiker Sahibə Qafarovanın və müvafiq komitələrin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirilsin.

S.Qafarova deyib ki, bununla bağlı bir neçə dəfə görüş keçirilib: “Bu məsələyə baxarıq”.