Fuad Əsgərov: “Pandemiya dövründə Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərdi”

GAZETTE xəbər verir ki, onun sözlərinə görə müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələrinin olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrində, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Çox təəssüf ki, pandemiyanın başladığı dövrlərdə  həyata keçirdiyimiz qanvermə aksiyalarının göstəriciləri aşağı düşdü. Sözsüz ki, buna səbəb insanlarda qanvermə zamanı ola biləcək yoluxma qorxusu idi. Lakin bu uzun sürmədi qısa zaman ərzində aparılan maarifləndirmə işləri öz bəhrəsini verdi. Etiraf etməliyik ki, Mərkəzi Qan Bankının əməkdaşlarıda operativ prosesləri nəzarətinə aldı. Pandemiyanın tüğyan etdiyi dövrlərdə və hazırda qanvermə zamanı yoluxma təhlükəsi yoxdur və lazım olan bütün təhlükəsizlik qaydalarına əməl olunur.
Sevindirici məqamlardan biridə odur ki, ümumiyyətlə, pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bundan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Ölkə əhalisini könüllü və təmənnasız qanverməyə dəvət edirik. Qan xəstələrinin tələbatlarını qarşılamaq üçün qan ehtiyatlarının yetərli qədər olması vacibdir. Gələcək nəslin sağlamlığı üçün bu addım vacibdir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR