BNA "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib.

Gazette.az  bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyasının "Avropa Mobillik Həftəsi" kampaniyası katibliyinin qərarı ilə BNA Cənubi Qafqaz regionunda milli koordinatorluq statusunu əldə edən ilk qurumdur.

"Avropa Mobillik Həftəsi" Avropa Komissiyasının "Dayanıqlı Şəhər Mobilliyi" ilə bağlı aparıcı maarifləndirmə kampaniyasıdır. Kampaniya vasitəsilə aktiv mobillik, ictimai nəqliyyat və digər ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə təşviq olunur. 2021-ci ildə 53 ölkədən 3 184 şəhər bu kampaniyada iştirak edib.

Agentlik 2021-ci il 16-22 sentyabr tarixlərində mobillik imkanlarının genişləndirilməsinin təşviqi məqsədilə Avropa İttifaqının 20 ildir ki, keçirdiyi “Avropa Mobillik Həftəsi”nə qoşularaq ilk dəfə Bakını bu kampaniyada təmsil edib. “Həyat dolu küçələr” devizi altında keçirilmiş həftə çərçivəsində sürət həddinin yaşayış məntəqələri və tədris müəssisələri ətrafında 30 km/saata endirilməsi, piyadalar üçün əlçatan və təhlükəsiz mühitin yaradılması istiqamətində infrastruktur, geniş maarifləndirmə işləri həyata keçirilib, beynəlxalq və yerli təşkilatların iştirakı ilə konfrans və veloyürüş təşkil edilib. Bu tədbirlər yerli və beynəlxalq qurumların, eləcə də, ictimaiyyətin böyük marağına səbəb olub.

Ötən ildən "Avropa Mobillik Həftəsi"nin katibliyi ilə aparılan danışıqlar müsbət nəticələnib. Həyata keçirilən işlərin arealına və effektivliyinə görə BNA "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib. BNA-nın koordinatorluğu ölkə üzrə digər maraqlı şəhərlərin də Agentliyin tövsiyəsi əsasında bu kampaniyada iştirakını təmin edəcək. Bu il sentyabrın 16-22-də sayca 21-ci "Avropa Mobillik Həftəsi" təşkil olunacaq. Kampaniya çərçivəsində Agentlik Bakıda geniş miqyaslı tədbirlərin keçirilməsini planlaşdırır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR