Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85 %-i suvarılan torpaqlardan götürülür

Azərbaycanda ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 %-i suvarılan torpaqlardan götürülür.

Gazette.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 135 su anbarı var ki, onların da ümumi su tutumu 21,5 milyard kubmetrdir: "Su ehtiyatlarının qorunması ölkədə ali səviyyədə tam nəzarətdədir".

F.Tağıyevin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının əksər hissəsi xaricdə formalaşır:

"İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 17 çay var ki, bu çayların da su ehtiyatları böyükdür. Rəsmi torpaq balansına əsasən çoxillik əkmələrlə birlikdə bizim ümumi əkin sahəmiz 2 milyon hektardan artıqdır. Bunun isə 1,5 milyon hektarı suvarılan ərazilərdir. Suvarılan torpaqların 77,5 %-i əkin, 8,6 %-i çoxillik əkmələr və 13,9 %-i isə örüş, həyətyanı və s. bu kimi sahələrdir".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə müasir suvarma sistemlərinin tətbiqi çox aşağı səviyyədədir:

"Su ehtiyatlarının qiymətləndirilməsi üzrə təkmil su balansı və uçotu sistemi yoxdur. Amma hazırda bu istiqamətdə iş gedir. Hazırda qurumlar arası ESTİS (Elektron Su Təsərrüfatı və İnformasiya Sistemi) yaradılıb və operatorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Hər bir aidiyyatı qurumu bu sistemə qoşulub. Bu gələcəkdə təkmil uçot sistemi olacaq".

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR