“AzerGold” yeni qızıl məhsullarını satışa çıxarıb

“AzerGold” QSC tərəfindən yeni növ qızıl məhsulları satışa çıxarılıb.

Bu barədə QSC-dən bildirilib.

Belə ki, çəkisi 5,10, 20, 500, 1000 qram və 1, 10 unsiya olan qızıl külçələr kolleksiyasına alıcıların tələbatı nəzərə alınmaqla ilk dəfə olaraq 2, 50 və 100 qram çəkilərdə qızıl külçələr əlavə edilib.

Satışa çıxarılan məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün hazırlanan ilk məhsullar 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunub. 2021-ci ildə Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin qalib layihələri əsasında isə daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə “Şuşa” və “Qarabağ” qızıl sikkə kolleksiyaları istehsal edilərək satışa çıxarılıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR