Allahşükür Paşazadə İsveç və Danimarkada Quranın yandırılmasına münasibət bildirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılmasına münasibət bildirib.

O, bildirib ki, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs Qurani-Kərim kitabının yandırılması cəhdləridir.

“Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Zati-Müqəddəsləri Roma Papası Fransiskin bununla əlaqədar dünya birliyinə etdiyi çağırışına hamımız qoşulmalıyıq: “...bəsdir, dayanın, silahlar sussun, sülh işi ilə məşğul olaq!”. Ümidvaram ki, bu təşəbbüslər beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, İnşallah!”, - QMİ sədri vurğulayıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR