“Azərsu”: “Fərdi su xətlərinin çəkilməsi bizim işimizi çətinləşdirir”

Azərbaycanda vətəndaşların fərdi və primitiv şəkildə metal boru, qara və ya ağ plastik borularla özlərinə su xətləri çəkməsi “Azərsu” ASC-nin işinə ən çox mənfi təsir edən amillərdəndir.

Gazette az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə ən çox su itkiləri, sudan qeyri-qanuni istifadə halları, suyun keyfiyyəti ilə bağlı risklər və şikayətlər bu ərazilərdədir:

“Misal olaraq, Binəqədi kəndi, Masazır ərazilərini göstərmək olar. “Azərsu” bu istiqamətdə həm dövlət investisiyaları, həm öz daxili imkanları hesabına layihələr həyata keçirir. Bu il artıq 11 qəsəbədə tender prosedurları elan etmişik. Amma işlər bütün qəsəbəni yox, qəsəbənin bir hissəsini əhatə edəcək. Binəqədi qəsəbəsi ilə bağlı həm dövlət investisiyaları hesabına “Gürcüstan” yaşayış massivində mərkəzləşmiş şəbəkə qurmuşuq, həm də qəsəbənin özünün bir neçə hissəsində daxili imkanlarımız hesabına mərkəzləşmiş şəbəkə yaratmışıq. Amma bunlar o qədər böyük maliyyə və fiziki əmək tələb edən işlərdir ki, hamısını bir ilə həyata keçirə bilmirik. Bu gün 11 % ərazidə su yoxdur. 26 % ərazidə fərdi primitiv şəbəkələrdən istifadə edilir. Bu işlər üçün illər tələb olunur. Ona görə də həm dövlət investisiyaları, həm daxili imkanlarımız hesabına bu işləri mərhələlərlə həyata keçiririk”.

“Düzdür, insanlarımızın su almaq hüququ var, bunu anlayırıq. Amma bu gün Bakı kifayət qədər böyüyüb. Masazır, Binəqədi, Binə ərazilərində sürətli artım gedib. Masazır qəsəbəsinə 2019-cu ilə qədər hər gün su verilirdi. Sonra orda tikintilər o qədər inkişaf etdi ki, artıq son üç ildə məcbur olub Masazırda günaşırı rejimə keçmişik. Masazırı iki hissəyə bölmüşük, sağ və sol hissə. Bir hissəyə bir gün su veririk, digərinə o biri gün. Çünki gün ərzində hər yerə su versək, ucqarlara su gedib çatmayacaq. Ona görə qrafiki elə bölmüşük ki, hamı su alsın. Bu il 100-dən çox paylayıcı və magistral şəbəkə üzərində siyirtmə quraşdırdıq ki, yayda insanlarımızın su təchizatını normal apara bilək. Amma bu fərdi şəbəkələrin olması bizim işimizi çətinləşdirir", - A.Cəbrayıllı bildirib.

O qeyd edib ki, bu gün “Azərsu”yun qarşısında iki hədəf var: "Bunlardan biri primitiv şəbəkələrin mərkəzləşmiş şəbəkələrlə əvəzlənməsi, digəri isə su olmayan ərazilərə suyun çəkilməsidir. Bunlar tamamlandıqdan sonra bizim işlərimiz çox rahatlaşacaq”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR