
Reklam
05 Aprel 2022, 23:07
632
Daxili Qoşunlarda əsgərin döyülməsi barədə RƏSMİ AÇIQLAMA
Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı bu gün yayılmış videogörüntülər ötən il qeydə alınıb.
Gazette az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Qurum rəsmisi bildirib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb, fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib:
"Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək" -deyə E.Zahidov qeyd edib.
gundemaz
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





