BAKU Azərbaycan
16.03 °C

SN: İstifadə müddəti bitmiş “Pfizer” peyvəndləri 1 həftə əvvəldən geri yığılıb

"Dekabrın 31-də istifadə müddəti bitmiş “Pfizer/Biontech” peyvənd dozaları utilizasiya üçün 1 həftə öncədən geri yığılıb".

GAZETTE xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyindən (SN) bildirilib.

Qeyd olunub ki, hazırda peyvənd məntəqələrində tətbiq olunan vaksinlər yeni istifadə müddəti olanlardır.

Xatırladaq ki, "Pfizer/Biontech" preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılmışdı. Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi. Bununla da "Pfizer/Biontech" vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılmışdı.

Hazırda tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti isə mart ayının 22-nə qədərdir.