
Rayonlara gedənlərdən COVID-19 pasportu tələb olunacaq
Noyabrın 1-dən etibarən rayonlara gedən sərnişinlərdən yeni növ koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.
Qərara əsasən, Azərbaycanın şəhər və rayonlarından dəmiryol nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, digər sərnişinlərdən 2021-ci il oktyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





