
Reklam
20 Oktyabr 2021, 10:44
683
Zəngilanın işğaldan azad edilməsindən 1 il keçir
Zəngilan şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur.
Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisində düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz rayonun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb.
Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin işğaldan azad edilməsi barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay






