BAKU Azərbaycan
22.03 °C

Avropa çempionatı: Millimiz Rusiya ilə heç-heçə etdi

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.

Qadın və kişilərdən ibarət Azərbaycan yığmaları uyğun olaraq Ukrayna və Rusiya ilə qarşılaşıb.

İlk dörd turdan sonra aktivində üç qələbə və bir heç-heçə olan kişilərdən ibarət millimiz bu dəfə də bərabərliyə razılaşıb - 2:2. 

Qadın yığması da Ukrayna ilə eyni nəticəyə imza atıb.