Qeyri-sabit iş rejiminin fəsadları

Qeyri-sabit iş qrafikinin əməkdaşların həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyi müəyyənləşib.

Axşam.az xəbər verir ki, bu qənaətə ABŞ-də 61 mindən çox işçinin məlumatlarını araşdıran İllinoys Universitetinin Urbana-Şampeyn alimləri gəliblər. Tədqiqatda 18-64 yaş aralığında olan şəxslərin iş qrafiki və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlarından istifadə edilib.

2016-2018 və 2020-2024-cü illəri əhatə edən məlumatların təhlili göstərib ki, iş qrafikinin davamlı dəyişməsi sağlamlıq problemləri, emosional vəziyyətin pisləşməsi və yuxu pozuntuları ilə əlaqəlidir.

Araşdırmada kişilər və qadınların qeyri-sabit iş rejiminə fərqli reaksiya verdiyi də üzə çıxıb. Qadınlar dəyişən şəraitə daha çox uyğunlaşaraq işdən ayrılmağa və ya iş öhdəliklərini azaltmağa meylli olublar. Kişilər isə səhhətlərinə mənfi təsir göstərsə belə, əvvəlki iş yerlərində qalmağa daha çox üstünlük veriblər.

Məlum olub ki, kişilərdə iş qrafiki nə qədər qeyri-proqnozlaşdırılan olursa, sağlamlıqla bağlı problemlərin yaranma riski də bir o qədər artır. Ən ağır hallarda sağlamlığın pisləşməsi ehtimalı 38 faizə çatıb.

Alimlərin fikrincə, qəfil istirahət günləri ilə uzunmüddətli iş saatları arasında davamlı dəyişikliklər orqanizmin belə rejimə uyğunlaşmasını çətinləşdirir.

Tədqiqatçılar hesab edirlər ki, işəgötürənlər əmək qrafiklərini hazırlayarkən qeyri-sabit iş rejiminin əməkdaşların sağlamlığına təsirini də nəzərə almalıdırlar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR