İyulda Maliyyə Nazirliyi 4 depozit hərracı keçirib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin iyul ayı ərzində 4 depozit hərracı keçirilib və ümumilikdə xəzinə hesabının 174 milyon manat məbləğində qalığı ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Maliyyə Nazirliyindən bildirilib ki, iyulun 9-da təşkil olunan ilk hərracda xəzinə hesabının 73 milyon manat məbləğində qalığı 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 7,24 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

İyulun 16-da keçirilən növbəti hərracda 40 milyon manat məbləğində vəsait 4 kommersiya bankında 28 gün müddətinə, orta çəkili 6,52 faiz dərəcəsi ilə yerləşdirilib. İyulun 23-də baş tutan hərracda 2 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 31 milyon manat məbləğində qalığı 28 gün müddətinə, orta çəkili 6,55 faiz dərəcəsi ilə depozitə yerləşdirilib. İyulun 30-da keçirilən son hərracda isə 3 kommersiya bankının iştirakı ilə xəzinə hesabının 30 milyon manat həcmində qalığı 84 gün müddətinə, orta çəkili 6,53 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə xəzinə hesabının qalığının bazar prinsipləri əsasında depozit hərracları vasitəsilə ölkənin kommersiya banklarında yerləşdirilməsi praktikasını davam etdirir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR