2036-cı ildə pul əhəmiyyətini itirəcək?

Dünyanın ən varlı iş adamlarından biri, “xAI”, “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask növbəti dəfə gələcəklə bağlı cəsarətli proqnozları ilə diqqət cəlb edib.

Gazette.az xəbər verir ki, Mask “The Economist” jurnalının baş redaktoru Zanny Minton Beddosa verdiyi son müsahibədə süni intellektin inkişafı, robotların iqtisadiyyata təsiri və bəşəriyyətin gələcəyi ilə bağlı bir sıra iddialı fikirlər səsləndirib.

Müsahibədə Mask bildirib ki, süni intellekt çox sürətlə inkişaf edir və təxminən beş il ərzində bütün insanların ümumi intellektindən daha üstün olacaq. Onun sözlərinə görə, yaxın gələcəkdə AI-nin bacarmayacağı iş demək olar ki, qalmayacaq.

Milyarder sahibkarın fikrincə, humanoid robotlar və süni intellekt istehsalı görünməmiş səviyyəyə çatdıracaq. Mallar və xidmətlər bolluq içində olacağı üçün pulun indiki funksiyası zəifləyəcək və 2036-cı ilə qədər onun əhəmiyyəti xeyli azalacaq.

Mask bildirib ki, gələcəkdə insanların gördüyü işlərin böyük hissəsini robotlar və süni intellekt yerinə yetirəcək. Bu səbəbdən insanlar yalnız istədikləri üçün işləyəcək, dolanışıq məqsədilə işləmək zərurəti isə aradan qalxacaq.

İlon.jpg (182 KB)

O, etiraf edib ki, əvvəllər süni intellektin bəşəriyyət üçün ciddi risk yaratdığını düşünürdü. Lakin hazırda hesab edir ki, bu texnologiyanın inkişafını dayandırmaq mümkün deyil. Onun fikrincə, əsas məsələ AI-ni təhlükəsiz şəkildə inkişaf etdirməkdir.

Müsahibədə Mask “OpenAI”, “xAI”, “Google DeepMind” və “Anthropic” kimi aparıcı süni intellekt şirkətlərinə də çağırış edib. O təklif edib ki, yeni AI modelləri istifadəyə verilməzdən əvvəl şirkətlər bir-birinin sistemlərini müstəqil şəkildə qiymətləndirsin, təhlükəsizliklə bağlı məlumat mübadiləsi aparsın və mümkün riskləri birlikdə analiz etsinlər.

Maskın səsləndirdiyi bu fikirlər artıq dünya mediasında geniş müzakirə olunur. Onun proqnozlarının nə dərəcədə gerçəkləşəcəyini zaman göstərəcək. Lakin aydındır ki, süni intellektin sürətli inkişafı həm iqtisadiyyatda, həm də cəmiyyət həyatında ciddi dəyişikliklərə yol açmağa davam edir.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Mask ictimai diqqəti üzərinə çəkəcək və öz maraqlarına xidmət edə biləcək kifayət qədər iddialı fikirlər səsləndirib: “Əvvəla onu deyim ki, "bütün insanların ümumi intellekti" anlayışının elmi ölçüsü yoxdur. Düzdür, onsuz da süni intellekt artıq bir çox sahədə insanı üstələyir. Lakin insan intellekti yalnız hesablama qabiliyyətli deyil ki. İnsan intellektində yaradıcılıq, sosial intuisiya, emosional zəka və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi önəmli şeylər var. Ona görə də müəyyən sahələrdə Maskla razılaşsam da, ümumi mənada bu ifadəni təsdiqləmək hələ mümkün deyil. Sonra Mask deyir ki, yaxın 10 ildə insanların AI üzərində tam nəzarəti saxlamaq ehtimalı aşağıdır.

eldəniz.jpg (280 KB)

Əslində, bu heç İlon Maskın öz fikri deyil, başqalarının fikirlərinin təkrarıdır. Çünki artıq 1 ilə yaxındır ki, OECD, DB və BMT Aİ-nin sürətli inkişafı idarəetmə və tənzimləmə riskləri yaratdığını, mövcud hüquqi mexanizmlərin isə bu inkişaf tempindən geri qaldığını öz hesabatlarında yazırlar.

Onun bu müsahibədə öz məqsədlərinə xidmət edəcək əsas fikri məhz pulla bağlı idi. O deyir ki, 2036-cı ildə robotlar bolluq yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.

Bu fikir kökündən cəfəngiyyatdır. Robotlar məhsuldarlığı ciddi artıra bilər. Amma məgər pul təkcə istehsalın nəticəsidir ki?! Əlbəttə yox. Pul resursların bölüşdürülməsidir. Pul mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və s. Odur ki bu gün dünyada mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır.

Bəs İlon Mask bunları bilmirmi? Əlbəttə, bilir. Sadəcə o, bu cür proqnozlarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir”.

İqtisadiyatçının fikrincə, İlon Maskın ən böyük üstünlüyü super texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını çox yaxşı bilməsidir: “Onun topladığı sərvətdə bu bacarıq texnaloji bacarığından qat-qat fayda verib ona.

Ümumiyyətlə, bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq vacib deyil. Ən vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir”.(musavat.com)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR